Topaz Premyer Liqasında "Simurq" AZAL-ın qonağı olacaq. Fanat.az xəbər verir ki, bu tərəflər arasında çempionatda 21-ci qarşılaşma olacaq.
İndiyədək baş tutan 20 oyunda AZAL 8, "Simurq" 4 qələbə qazanıb, 8 qarşılaşma sülhlə bitib. Bakılıların 26 qoluna zaqatalalılar 19 dəfə cavab verə bilib.
Zaqatala təmsilçisi ilə görüşlərdə üstünlük AZAL-ın tərəfində olsa da, "təyyarəçilər" son 5 qarşılaşmada qələbə qazana bilməyib. Öz meydanındakı son 3 qarşılaşmada heç-heçə ilə kifayətlənən paytaxt təmsilçisi 6 matçdı ki, qonaqlara uduzmur.
Qeyd edək ki, AZAL yeni ildə keçirdiyi 6 oyunda cəmi 2 xal qazanıb (2 heç-heçə, 4 məğlubiyyət). "Simurq" isə ardıcıl 3 məğlubiyyətdən sonra ardıcıl 3 turda xal qazana bilib (1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət).
| 08.12.2006 | Olimpik (Bakı) - Simurq (Zaqatala) | 3:0 |
| 23.05.2007 | Simurq (Zaqatala) - Olimpik (Bakı) | 2:2 |
| 04.11.2007 | Olimpik (Bakı) - Simurq (Zaqatala) | 1:0 |
| 04.05.2008 | Simurq (Zaqatala) - Olimpik (Bakı) | 0:0 |
| 26.10.2008 | Simurq (Zaqatala) - Olimpik (Bakı) | 1:1 |
| 18.04.2009 | Olimpik (Bakı) - Simurq (Zaqatala) | 0:2 |
| 08.11.2009 | Olimpik-Şüvəlan (Bakı) - Simurq (Zaqatala) | 0:3 |
| 17.02.2010 | Simurq (Zaqatala) - Olimpik-Şüvəlan (Bakı) | 2:0 |
| 20.03.2010 | Simurq (Zaqatala) - Olimpik-Şüvəlan (Bakı) | 0:3 |
| 23.04.2010 | Olimpik-Şüvəlan (Bakı) - Simurq (Zaqatala) | 0:0 |
| 12.09.2010 | AZAL (Bakı) - Simurq (Zaqatala) | 2:1 |
| 06.11.2010 | Simurq (Zaqatala) - AZAL (Bakı) | 0:1 |
| 07.08.2011 | Simurq (Zaqatala) - AZAL (Bakı) | 0:3 |
| 16.12.2011 | AZAL (Bakı) - Simurq (Zaqatala) | 5:1 |
| 01.04.2012 | Simurq (Zaqatala) - AZAL (Bakı) | 1:2 |
| 29.04.2012 | AZAL (Bakı) - Simurq (Zaqatala) | 0:0 |
| 26.10.2012 | Simurq (Zaqatala) - AZAL (Bakı) | 1:1 |
| 09.02.2013 | AZAL (Bakı) - Simurq (Zaqatala) | 1:1 |
| 04.10.2013 | AZAL (Bakı) - Simurq (Zaqatala) | 1:1 |
| 14.12.2013 | Simurq (Zaqatala) - AZAL (Bakı) | 3:0 |
Fanat.az