Vaqif Sadıqov: "Tezliklə qələbəmiz olacaq"

Vaqif Sadıqov: "Tezliklə qələbəmiz olacaq"
Vaqif Sadıqov "Xəzər Lənkəran"la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi hakimlərlə probleminin olmadığını deyib: 
"İkinci hissədə azlıqda qalsaq da, komanda xarakterini göstərdi. Komanda olduğumuzu bir daha göstərdik. Yolumuzu davam etdirəcəyik. 10-cu oyundu ki, qələbə qazana bilmirik. Ancaq tezliklə qələbəmiz olacaq və ardı gələcək. Heç vaxt hakimliklə bağlı problemim olmayıb, həmçinin bugünkü oyunda. Hakim də insandı, səhv edə bilər. İnanıram ki, heç bir oyunda hakim qərəzi olmayıb".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər