Vaqif Sadıqov: "Mənim komandamda belə şey olmayıb"

Vaqif Sadıqov: "Mənim komandamda belə şey olmayıb"

"Bizə xallar lazım idi. Çalışdıq ki, "Qarabağ"la əvvəlki oyunlarda taktiki gedişləri tətbiq edək, qismən alındı. Keyfiyyət öz sözünü dedi". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan (1:2) sonra AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Sadıqov yetirmələrinə təşəkkür edib: "Oyundan sonra futbolçularıma təşəkkür etdim. Rəqibi təbrik edirəm. Rəşad Abdullayevi meydana buraxmadıq. Bunu ona əvvəlcədən demişdim".

Baş məşqçi müdafiə xəttindən gileylənib: "Müdafiədə boşluqla var, 29 qol buraxmışıq. Bu da yaxşı hal deyil. Mənim komandamda heç vaxt belə şey olmayıb". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər