Vaqif Sadıqov "İnter"lə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi komanda şəkilində güclü olduqlarını deyib:
"Çox vacib oyun idi. Oyunçuların fərdi ustalıq səviyyəsi öz sözünü dedi. Komanda şəklində biz güclüyük. Rəqib hər iki qolu futbolçuların fərdi ustalığı sayəsində vura bildi. Qapımıza o qədər də çox hücum olmadı. Hər iki komanda 3 xal üçün mübarizə apardı. Komandam pis təsir bağışladı. Asif Məmmədovun gözəl qolu rəqibin qələbəsinə möhürünü vurdu. Rəqib bizim cinahlardan fəallığımızın qarşısını ala bilmişdi".
Fanat.az