Vaqif Sadıqov "Sumqayıt"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi zəif oynamadıqlarını deyib:
"Növbəti oyunlarda mütləq qələbə qazanıb psixoloji vəziyyətimizi düzəltməliyik. Komanda əlindən gələni etdi, qələbəyə yaxın idik. Yolumuza davam edirik. Komanda üzvlərini fərqləndirmək istəmirəm. Zədəli futbolçular tədricən heyətə dönür. İlk hissədə qol epizodlarımız oldu, hər iki komanda qələbə qazanmaq istəyirdi. Komandamızın yarısı yox idi, hücumçusuz oynayırdıq. Bu gün çempionatda autsayder sayıla biləcək komanda yoxdu. “Sumqayıt” “Qəbələ”ni məğlub edib, “Neftçi” və “Xəzər Lənkəran”dan xal alıb. Bugünkü oyunda xal itirdiyimizi düşünürəm. “Sumqayıt” çox yaxşı komandadı, futbolçuları bir çox məşqçilərin diqqət mərkəzindədi. Cinah oyunçularımızı, hücumçu və yarımmüdafiəçilərimizi əvəzləyə bilmərik. İbekoyi artıq neçənci oyundu ki, hücumçu mövqeyində oynayır".
Fanat.az