Vaqif Sadıqov: "Güclü AZAL formalaşdırırq"

Vaqif Sadıqov: "Güclü AZAL formalaşdırırq"
Vaqif Sadıqov "Xəzər Lənkəran"la oyunla (2:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi qol imkanlarından yararlana bilmədiklərini deyib:
"Hər iki komanda üçün qələbə vacib idi. Komandaların turnir cədvəlində tutduğu mövqelər bir-birinə yaxındı. Qalib gəlib irəliləmək istəyirdik. Rəqibin üstün keyfiyyətlərini bilirdik. Oyunun sonunadək yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Rəqib əlinə düşən imkanlardan maksimum yararlandı. Rəqibin kimliyindən asılı olmayaraq, komanda sona kimi mübarizə aparır. Qələbəyə layiq heç-heçə idi, sona kimi oynamalıyıq. Güclü AZAL formalaşdırırıq. Ardıcıl məğlubiyyət komandada psixoloji sıxıntı yaradır. Uğursuz oyunlar seriyasını qırdığımızı düşünürəm".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər