Topaz Premyer Liqasının 7-ci turunda “Xəzər Lənkəran” AZAL-ı 3-1 hesabı ilə məğlub edib. Fanat.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Vaqif Sadıqov oyundan sonra bunları dilə gətirib:
“Bu gün yaxşı oynadıq. Erkən qol buraxsaq da, bərabər oyun göstərdik. Oyunçularıma təşəkkür edirəm. Düşünürəm ki, belə oynamağa davam etsək lazım olan xalları yığacağıq”.