Vaqif Sadıqov: "Başqa cür oynamaq olmaz"

Vaqif Sadıqov: "Başqa cür oynamaq olmaz"
Vaqif Sadıqov "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi rəqibin onlardan üstün olduğunu deyib: 
"Qarabağ" bu oyunun favoriti olsa da, bizim öz hesablarımız var idi. Rəqib komanda oyunçularının fərdi ustalıq səviyyəsi bizimkilərdən daha üstündü. Sonda bu üstünlük qapımıza qolla nəticələndi. 8 oyundu ki, qalib gələ bilmirik, lakin komandam hər bir oyunda sonadək mübarizə aparır. Bugünkü oyunda da heyətlə bağlı problemimiz var idi. Bir neçə əsas oyunçumuzun xidmətindən istifadə edə bilmədik. “Qarabağ” kimi komandaya qarşı yaxın oynamalıyıq, başqa cür oynamaq olmaz".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər