Vaqif Sadıqov istefa verəcək...

Vaqif Sadıqov istefa verəcək...
Qış fasiləsinə qədər turnir cədvəlindəki yeri yaxşılaşmasa, AZAL-da baş məşqçi dəyişikliyi olacaq. Bu ehtimal haqda məlumat verən mənbə bildirir ki, Vaqif Sadıqovun “təyyarəçilər"i qarşıya  qoyulan “avroliqa zonası”ndan çox uzaqlaşsa baş məşqçi istefa verəcək. 
Bu tura qədər komanda turnir cədvəlində 6-cı yerdədi. Bu mövqe qışa qədər yaxşılaşmasa, ehtimalın reallığa çevriləcəyi xəbər verilir. Hələlik, AZAL-ın Sadıqov gedərsə, yerinə kimi gətirəcəyi haqda dəqiq məlumatımız yoxdu. Bildirək ki, son turda “Qarabağ”la heç-heçə (1:1) eləyən Şüvəlan təmsilçisi növbəti tur Qəbələ səfərinə çıxacaq.
futbolpress.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər