Vaqif Sadıqov istefa verdi

Vaqif Sadıqov istefa verdi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov istefa verib. Fanat.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Eldəniz Yusifov "Facebook" səhifəsində məlumat verib.
Əldə etdiyimiz xəbərə görə, bu gün klub rəhbərliyi ilə Sadıqov arasında görüş baş tutub. Rəhbərlik baş məşqçiyə mövsümün əvvəlində komandanın qarşısına qoyulmuş hədəflərdən uzaq düşdüyünü irad bildirib. AZAL rəhbərliyi Sadıqovdan avrokuboklara vəsiqə uğrunda mübarizə aparmağı istəyibmiş. Amma sona 11 tur qalmış "təyyarəçilər" bu hədəfdən çox uzaq düşüb. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Sadıqov görüşdən sonra öz istəyi ilə istefa verib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər