Vaqif Sadıqov AZAL-dan təzminat tələb edəcək

Vaqif Sadıqov AZAL-dan təzminat tələb edəcək
AZAL-la yollarını ayıran Vaqif Sadıqov klubdan təzminat alacaq. Fanat.az xəbər verir ki, bu barədə mütəxəssis özü məlumat verib.
 
Sadıqov məsələnin sivil yolla həll olunacağına ümid edir: "Bu, elə də olacaq. Başqa cür ola da bilməz. Hazırda bu məsələ müzakirə olunmayıb. Hələ ki, bu barədə danışmağın vaxtı deyil. Ancaq hesab edirəm ki, sivil yolla məsələ tezliklə həll olunacaq".
 
"Təyyarəçilər"in sabiq çalışdırıcısı klubun ona qədər borcu olduğunu açıqlamaq istəməyib.
futbolinfo.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər