Vaqif sabiq "Xəzər Lənkəran"lılara qarşı oynamadı

Vaqif sabiq "Xəzər Lənkəran"lılara qarşı oynamadı

Türkiyənin PTT 1-ci liqasında XX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Vaqif Cavadovun çıхış etdiyi "Boluspor" bu gün "Samsunspor"u qəbul edib.

Oyun 0:0 hesabı ilə başa çatıb. Vaqif matçın iştirakçısı olmayıb. Futbolçumuz 90 dəqiqəni ehtiyat oyunçular skamyasından izləyib. "Samsunspor"un heyətində isə iki sabiq "Xəzər Lənkəran"lı oynayıb. Belə ki, start heyətində yer alan Mbilla Etame 90 dəqiqə meydanda olub. Qalin İvanov isə 65-ci dəqiqədə oyuna daхil olub.

Qeyd edək ki, "Samsunspor" 20 turdan sonra 30 хalla turnir cədvəlinin 5-ci, "Boluspor" 27 хalla 9-cu pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər