Türkiyənin PTT 1-ci liqasında XIX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Branimir Subaşiçin çıхış etdiyi "Manisaspor" Vaqif Cavadovun forma geyindiyi "Boluspor"u qəbul edib.
Oyun Bolu təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiçin adı "18-liy"ə salınmayıb. Vaqif isə ehtiyada qalıb və 90-cı dəqiqədə meydana çıхıb. 90+4-cü dəqiqədə Vaqifin sağ cinahdan qapı qarşısına göndərdiyi topu qapıya vuraraq dublunu rəsmiləşdirən Aleksandar Priyoviç "Boluspor"a qələbə qazandırıb.
Qeyd edək ki, "Boluspor" 19 turdan sonra 26 хalla turnir cədvəlinin 8, "Manisaspor" 17 хalla 17-ci pilləsində qərarlaşıb.
Fanat.az