Hollandiyanın "Tvente" klubu aşağı liqaya göndərilib. Fanat.az xəbər verir ki, bu barədə Hollandiya Futbol Federasiyasının Lisenziyalaşdırma Komissiyası qərar qəbul edib.
Federasiyadan bildirilir ki, komissiya "Tvente"nin peşəkar lisenziyasını ləğv etməyib, amma gələn mövsüm 2-ci liqada oynamasına qərar verib.
Qeyd edək ki, "Tvente" mövsümü 40 xalla 13-cü pillədə başa vurmuşdu. Son dövrlər maliyyə problemləri ilə üzləşən və müqavilələrdə saxtakarlıqlar edən klubun xalları bir neçə dəfə silinmişdi. "Tvente" 2011-ci ildə Hollandiya çempionluğunu, 2011-ci ildə ölkə kubokunu, 2010 və 2011-ci illərdə Super Kubokunun qalibi olub.
Onu da qeyd edək ki, 2010-2011-ci illərdə Vaqif Cavadov bu komandada çıxış edib.
Fanat.az