Milli komandamızın üvzü Vaqif Cavadov Türkiyənin "Qaziantep Böyükşəhər Bələdiyyəspor" klubu ilə müqavilə imzalayıb. Fanat.az futbolçumuzun yeni klubu ilə bağlı maraqlı məlumatları təqdim edir.
Avropanın ən çox qol vuran komandası
"Qaziantep BB" 1998-ci ildə Sani Konukoğlu tərəfindən yaradılıb. Türkiyədəki digər bələdiyyə klubları ilə "mavi-ağ" rənglərə sahib klub 2001-ci ilədək 1-ci liqada çıxış edib. Həmin ildə aşağı liqaya düşən 2005-ci ildə 2-ci liqanın çempionu olaraq yenidən geri dönüb. Çempion olduğu 2004/05 mövsümündə 93 qol vuran "Qaziantep BB" Avropanın ən çox qol vuran klubu olaraq rekord qırıb.
Vaqifin yeni komandası 2010/11 mövsümündə Super Liqaya çıxmağa yaxın olub. Belə ki, komanda güclülər dəstəsinə vəsiqə uğrunda play-off oyunlarına qatılıb. Lakin yarımfinalda "Orduspor"a 0:1 hesabı ilə yenilərək vəsiqəni əldən verib. Komanda 2013/14 mövsümünü 14-cü pillədə başa vuraraq PTT 1-ci liqa yerini qoruyub.
Komanda ev oyunlarını Kamil Ocak stadionunda keçirir. 1974-cü ildə inşaa olunan arenanın azarkeş tutumu 16.981 nəfərdi.
Keçmiş nazir
"Qaziantep BB"nin yeni prezidenti Kadir Gözegirdi. O, bu posta bu ayın əvvəlində seçilib.
Klubun fəxri prezidenti isə Fatma Şahidi. 48 yaşlı xanım siyasətçi 2011-2013-cü illərdə Türkiyənin ailə və sosial siyasət naziri postunu tutub. 3 dəfə Türkiyə Millət Məclisinə üzv seçilən Şahin hazırda Qaziantep Böyükşəhər Bələdiyyəsinin sədri və "Qaziantep BB"nin fəxri prezidentidi.
Vaqif Sağlama əmanət
Vaqif Cavadovun baş məşqçisi Nurullah Sağlam olacaq. Klub rəhbərliyi onunla bir neçə gün əvvəl müqavilə bağlayıb. 48 yaşlı qaziantepli mütəxəssis əvvəllər "Qaziantepspor", "Karşıyaka", "Dənizlispor", "Konyaspor" və "Mersin İdman Yurdu" klublarını çalışdırb.
Artıq Sağlamın köməkçiləri də bəllidi. Belə ki, "Qaziantep BB"in məşqçilər korpusunda Hansel Ekici, Sadık Öztürk, Mehmet Erdoğan və Mustafa Maranqoz yer alacaq.
6-cı transfer
"Qaziantep BB" transfer çalışmalarına olduqcu sürətli başlayıb. Belə ki, Vaqif Cavadov komandanın bu yay heyətinə qatdığı 6-cı futbolçu olub.
Klub rəhbərliyi bundan əvvəl Ouissem Ben Yahya (Mersin İdman Yurdu), Emir Korubeyi (Erzincan Refahiyespor), Salih Sefercik (Orduspor), Özgür Öcal (Adana Dəmirspor) və İlker Avcıbayi (Kasımpaşaspor) heyətinə qatıb.
"Fənərbaxça"nın bazasında və 6 oyun
Artıq "Qaziantep BB"nin 2014/15 mövsümünə hazırlıq planı da bəllidi. Komanda hazırlıqlara iyulun 10-da bazasında başlayacaq və ilk mərhələ ayın 27-dək davam edəcək. İkinci mərhələ isə "Fənərbaxça"nın Düzcədəki bazasında, 28 iyun - 15 avqust tarixlərində baş tutacaq. Bu müddətdə komanda 6 yoxlama oyunu keçirəcək.
Bizimkilərə rəqib oldu
Vaqif "Qaziantep BB"də millimizin başqa bir üzvü ilə birlikdə oynayacaq. Belə ki, milliləşdirilmiş futbolçumuz Ufuk Budak bu komandada çıxış edir.
Cavadov eyni zamanda başqa futbolçularımıza da rəqib olacaq. Belə ki, hələlik "Orduspor"a məxsus olan Branimir Subaşiç, bir neçə gün əvvəl bu komandaya keçən Umut Sönmez, "Karşıyaka" ilə müqavilə bağlayan Mahir Şükürov və "Altınordu"nun formasını geyinən Timur Temeltaş PTT 1-ci liqada top qovur.
Fanat.az