Vaqif Cavadov karyerasını yenidən Rusiya Premyer Liqasında davam etdirə bilər. Fanat.az sports.ru saytına istinadən xəbər verir ki, millimizin üzvü bu ölkədən 3 təklif alıb.
İddiaya görə, Cavadovun xidmətində Ruslan Abışovun çıxış etdiyi "Rubin"lə yanaşı, sabiq klubu "Volqa" və "Krılya Sovetov" maraqlıdı. Vaqif 2011-2012 mövsümündə "Volqa"nın formasını geyinib və 12 oyunda meydana çıxıb.
Fanat.az