Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin çıxış etdiyi "Qaziantep BB" növbəti transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, Qaziantep klubu Şola Ameobini heyətinə qatıb.
İngiltərənin "Nyukasl" klubundan transfer edilən ngeriyalı forvardla bir illik müqavilə bağlanılıb. "Qaziantep BB"nin fəxri prezidenti, Qaziantep bələdiyyəsinin başqanı Fatma Sahin bir mesaj yayımlayaraq Ameobini gətirdikləri üçün fəxr etdiklərini bildirib.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2000-2014-cü illərdə "Nyukasl"da çıxış edib. O, 2008-ci ildə "Stok Siti"yə icarəyə verilib. 2000-2003-cü illərdə İngiltərə U-21-də çıxış edən (20 oyun, 7 qol) daha sonra Nigeriya millisini seçib və 2012-ci ildən bu ölkənin yığmasında 9 oyun keçirərək 2 qol vurub.
Fanat.az