Vaqif Cavadov üçün əlamətdar tur

Vaqif Cavadov üçün əlamətdar tur

Topaz Premyer Liqasının XX turunun AZAL – “Neftçi” qarşılaşmasında yubiley və antirekord qeydə alınıb. Fanat.Az xəbər verir ki, 0:1 hesabı ilə uduzan meydan sahibləri ardıcıl 6-cı çempionat oyununda məğlub olub. 

Bu, cari mövsüm üçün Premyer Liqanın antirekordudu. Bunadək AZAL da “Neftçi” və “Kəpəz” kimi 5 məğlubiyyəti sıralamışdı. 2016-cı ilin “Neftçi”yə qarşı dekabrın 17-də baş tutan son oyunundan sonra Tərlan Əhmədovun yetirmələri xal qazana bilmir.

“AZAL Arena”dakı görüş meydan sahibləri üçün antirekordla başa çatıbsa, komandanın futbolçusu Vaqif Cavadov yubiley qeyd edib. Belə ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. Bu müddətdə 46 qol vuran futbolçunun debütü 2006/07 mövsümünə təsadüf edib. 10 mövsümdə 6 komandada çıxış edən Cavadov “Qarabağ”da 110 (25 qol), “İnter”də 33 (14 qol), “Sumqayıt”da 29 (6 qol), “Bakı”da 23 (4 qol), “Qəbələ”də 3, AZAL-da 2 oyun keçirib.

2006/07Qarabağ (Ağdam)114

2007/08Qarabağ (Ağdam)256

2008/09Qarabağ (Ağdam)256

2009/10Qarabağ (Ağdam)164

2010/11Bakı234

2011/12Qarabağ (Ağdam)92

2012/13Qarabağ (Ağdam)243

2013/14İnter (Bakı)3314

2015/16Qəbələ30

2015/16Sumqayıt163

2016/07Sumqayıt133

2016/17AZAL20

Cəmi 20046

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər