"Azərbaycan və Rusiya arasında keçirilən oyunlar prinsipiallığı ilə seçilir. Biz Rusiya yığmasına sübut etməliyik ki, yaxşı komandamız var". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Vaqif Cavadov deyib.
Rusiya mətbuatına açıqlama verən hücumçu bu gün Moskvadakı "Ximki Arena"da baş tutacaq oyunla bağlı fikirlərini bildirib: "Bura qələbə qazanmaq üçün gəlmişik. Bu oyunda hər bir futbolçumuzun özünü göstərmək imkanı var".
Cavadov yığmamızın AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq istədiyini deyib: "Qarşımıza Avropa çempionatına vəsiqə qazanmaq tapşırığı qoyulub. Fikrimcə, bunu bacara bilərik. Yığmamız yaxşı mütəxəssis çalışdırır. O, bizdə çoxdan işləyir. Onun isəklərini yerinə yetirsək, bizdə hər şey alınar".
Fanat.az