"Xəzər Lənkəran"ın son mövsümü "Simurq"da keçirmiş serbiyalı Draqan Çeran, Rəşad Eyyubov və "İnter"lə müqaviləsini qarşılıqlı razılıq əsasında pozmuş Səlahət Ağayevlə maraqlanması barədə xəbər vermişdik.
Fanat.az xəbər verir ki, klubun transfer hədəfində olan bu futbolçular arasında Türkiyədə uğursuz mövsüm keçirərək yenidən vətənə üz tutan Vaqif Cavadovun da adı var.
Bunu sport7.az-a açıqlamasında Tuyqun Nadirov da təsdiqləyib: "Bəli, almaq istədiyimiz 20 futbolçu siyahısında Vaqifin də adı var. Ancaq onunla nə danışmışıq, nə də müqavilə şərtlərini müzakirə etmişik".
Fanat.az