Vaqif Cavadov "Xəzər Lənkəran" yolunda

Vaqif Cavadov "Xəzər Lənkəran" yolunda
Yeni mövsüm üçün iddialı heyət qurmağa hazırlaşan "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin istədiyi daha bir futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, türk mütəxəssis Vaqif Cavadovu istəyir.
Millimizin hücumçusunun "İnter"lə müqaviləsi başa çatır. Rəhbərliklə hələlik danışıqlar masasına oturmayan Vaqif aldığı təklifləri dəyərləndirir. Sərfəli təkliflərdən biri də "Xəzər Lənkəran"dan gəlib. Onun cənub şəhərinə üz tutması mümkündü.
Qeyd edək ki, Cavadov bu mövsüm Premyer Liqada 33 oyun keçirib və 14 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər