Vaqif Cavadov: "Xaricdən təklif olsa, qəbul edə bilmərəm"

Vaqif Cavadov: "Xaricdən təklif olsa, qəbul edə bilmərəm"
"İnter" indi çətin vəziyyətdədi. Mövqeyimiz yaxşı deyil. Əgər xarici klublarda təklif olsa, qəbul edə bilmərəm". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in futbolçusu Vaqif Cavadov deyib.
Noyabrın ən yaxşı futbolçusu seçilən hücumçu bununla baağlı danışıb: "Yerli futbolçuların ayın oyunçusu seçilməsi sevindirici haldı. Yəqin ki, yerli futbolçular öz oyunlarını tapıblar. Arzu edirəm ki, növbəti aylarda da yerli futbolçular seçilsin. İnanıram ki, növbəti illərdə də yerli futbolçular uğur qazanacaq. Çünki bizim futbolumuzu onlar qaldırar".
Cavadov komandasının hədəfini açıqlayıb: "Hamı üçün yaxşı və pis mövsüm olur. Komandamız yaxşı mövsüm keçirir. Əvvəllər çoxlu məğlubiyyət alsaq da, indi özümüzə gəlmişik. Planımız mövsüm sonunda ən azı ilk üçlükdə olmaqdı. Lakin hədəfimiz çempionluqdu. Avroliqaya vəsiqə qazanmağa çalışacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər