Vaqif Cavadov "Tvente"nin rəsmiləri ilə görüşdü

Vaqif Cavadov "Tvente"nin rəsmiləri ilə görüşdü

Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov Bakıda "Tvente"nin düşərgəsinə baş çəkib.

Fanat.Az xəbər verir ki, məlumatı Esnhede klubunun mətbuat xidməti yayıb.

Niderland təmsilçisi sabah Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"la üz-üzə gələcək.

Cavadov isə 2010/11 mövsümündə formasını geyindiyi "Tvente"nin məskunlaşdığı otelə gedərək Esnhede klubunun rəsmiləri ilə görüşüb.

Sabah keçiriləcək "Qarabağ" – "Tvente" qarşılaşması saat 20:00-da başlayacaq. Komandalar arasındakı ilk duel "köhlənlər"in 1:0 hesablı qələbəsi ilə bitib.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər