Vaqif Cavadov: "Məğlubiyyəti faciəyə çevirməməliyik"

Vaqif Cavadov: "Məğlubiyyəti faciəyə çevirməməliyik"
Milli komandamızın üzvü Vaqif Cavadov Rusiya ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, forvard qonşu ölkə mətbuatına açıqlamasında 0:4 hesablı məğlubiyyəti şərh edib: 
"Bu oyun bizim üçün vacib idi. Çünki seçmə mərhələyə hazırlaşırıq. Buraxılan iki erkən qolun oyuna təsiri oldu. Bəli, nəticə bizim pis oyunumuzdan xəbər verir. Ancaq mən Azərbaycan yığmasının bu görüşdə pis oynadığını deməzdim. Çünki biz mübarizə apardıq, xüsusilə də ikinci hissədə. Düşünürəm ki, bu məğlubiyyəti faciəyə çevirməməliyik. Əsas sentyabrın 9-da qarşılaşacağımız Bolqarıstanla seçmə mərhələ oyunudu. Bu görüşə hazırlaşmaq üçün hələ vaxtımız var. Həmin oyuna fərqli motivasiya ilə çıxacağıq. Bu futboldur. Bəzən belə məğlubiyyətlər ola bilər, ancaq həyat davam edir".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər