Vaqif Cavadov penaltini vura bilmədi

Vaqif Cavadov penaltini vura bilmədi
Sivasda keçirilən Cumhuriyyət Kuboku başa çatıb. Fanat.az xəbər verir ki, dünən üçüncü yer uğrunda oyun və final matçı baş tutub.
Üçüncü yer uğrunda oyunda "Qaziantep BB" "Adana Dəmirspor"u sınağa çəkib. Rəhman Hacıyev start heyətində yer alıb, Ufuk Budakla Vaqif Cavadov sonradan meydana çıxıb. Əsas vaxt 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında isə "Adana Dəmirspor" 3:1 hesablı qələbə qazanıb. "Qaziantep BB"də Muhammedin zərbəsi dəqiq olub. Vaqif Cavadov, Erdal və Fərdi isə penaltidən yararlana bilməyib. 
Finalda isə "Sivasspor"la "Mersin İdman Yurdu" qarşılaşıb. Mersin təmsilçisi 3:2 hesablı qələbə qazanaraq kuboka sahib çıxıb. "Sivasspor"un baş məşqçisi Roberto Karlos Cihan Özkaraya şans verməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər