Vaqif Cavadov məğlubiyyəti belə şərh etdi

Vaqif Cavadov məğlubiyyəti belə şərh etdi

"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan"dan aldıqları məğlubiyyəti (0:1) şərh edib.

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Oyun yaxşı alındı. Çox sayda qol epizodu yaratdıq, qələbə qazana bilərdik. Amma məğlub olduq. Komandaya oyuna görə minnətdaram. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Belə davam etsək, növbəti matçlarda yaxşı nəticələr qazana bilərik. Əlbəttə, realization çatışmazlığından razı deyiləm. Qol vurmalıydıq. Məhz bu çatmadı. Amma bəzən belə matçlar da olur. Rəqib isə səhvimizdən istifadə etdi".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər