Vaqif Cavadov klubsuz qaldı

Vaqif Cavadov klubsuz qaldı

Vaqif Cavadov klubsuz qalıb. Fanat.Az xəbər verir ki, 27 yaşlı hücumçu "Sumqayıt"dan kənarlaşdırılıb.

Buna səbəb baş məşqçi Samir Abbasovun ondan imtinası olub. Baş məşqçi Cavadovun oyunundan narazı olduğu üçün belə bir qərar verib.

Qeyd edək ki, Vaqif cari mövsümdə 15 rəsmi oyuna çıxıb və 3 qol vurub. O, indiyədək "Qarabağ", "Bakı", "İnter", "Xəzər Lənkəran", "Qəbələ", həmçinin Hollandiyanın "Tvente", Rusiyanın "Volqa", Türkiyənin "Qaziantep BB" və "Boluspor" klublarında oynayıb, milli komandada keçirdiyi 57 oyunda 9 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər