Vaqif Cavadov: "Klub rəhbərliyi ilə danışıq aparmışıq"

Vaqif Cavadov: "Klub rəhbərliyi ilə danışıq aparmışıq"

Son vaxtlar futbol üzrə millimizin sabiq hücumçusu Vaqif Cavadovun Sumqayıtın eyniadlı komandasına qoşulacağı ilə bağlı xəbərlər dolaşır. 

33 yaşlı mütəxəssis məsələylə əlaqədar Fanat.Az-a açıqlama verib: 

"Sumqayıt" klubunun rəhbərliyi ilə danışıq aparmışıq. Bu barədə ətraflı və rəsmi məlumat yaxın günlərdə mətbuata açıqlanacaq. Bu gün üçün onu deyə bilərəm ki, klub rəhbərliyi ilə aramızda danışıq olub. Onu da deyim ki, əsas komandada çalışmağım gündəmdə deyil". 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər