Ötən gün milli komandamızın sabiq üzvü Vaqif Cavadovun qumara qurşanması və böyük pullar uduzması barədə xəbər vermişdik. Bu gün isə onun borca görə "Yeni Həyat" yaşayış kompleksində dəyəri yarım milyon manat olan evini satışa çıxarması barədə xəbər yayılıb.
Bu gün redaksiyamızla əlaqə saxlayan Vaqif Cavadov iddiaları təkzib edib. Futbolçunun Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Mənim qumar oynadığımı kimsə görüb? Bunu heç kim görə bilməz. Çünki qumar oynamıram. Mənim ailəm var, iki övladım var. Bütün həyatımı onlara həsr etmişəm. Bu xəbərlər hardan çıxır, bilmirəm. Subay olsam, yenə başa düşmək olmaz. Amma mənim iki övladım var. 100 faiz dəqiq olmayan məlumatı yaymaq olmaz. Ev satmaqla bağlı xəbərlər də doğru deyil. Ev satmamışam. İstəyirsiniz, gəlin gedək evləri, kupçalarını göstərim. "Yeni Həyat"da evim var, orda yaşayıram və satışa çıxarmağım da yalandı".
Fanat.Az