Vaqif Cavadov hara gedir: AZAL yoxsa, PTT?

Vaqif Cavadov hara gedir: AZAL yoxsa, PTT?

“Sumqayıt”dan ayrılan Vaqif Cavadovun bu dəfə harda qərar tutacağı böyük maraq doğurur. Fanat.Az xəbər verir ki, millinin çalışdırıcısı Robert Prosineçkinin “qara siyahı”sına düşən futbolçu iki Türkiyə klubuyla danışıq aparır.

“Zirə” və “Kəpəz”ə lazım olmayan Cavadovun AZAL-da peyda olmaq ehtimalı qalsa da, onun daha yaxşı şərtlərlə PTT liqasına üz tutacağı daha inandırıcıdı. Futbolçunun atası Füzuli Cavadov iki Türkiyə klubunun oğluyla maraqlandığını təsdiqlədi:

“Bəli, Vaqifin Türkiyəyə yollanmaq ehtimalı var. İki klub maraqlanır. Onlardan birinə keçməsi mümkündü. Adlarını açıqlamağım düzgün olmaz”.

 

Fanat.Az  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər