Vaqif Cavadov: "Gəl, pulsuz oyna" deyə bilərdilər"

Vaqif Cavadov: "Gəl, pulsuz oyna" deyə bilərdilər"
"Keşlə"nin və "Sumqayıt"ın Avroliqada mübarizəni ilk mərhələdə dayandırmasına çox üzüldüm. Bildiyiniz kimi, hər iki komandada oynamışam".
Bunu Fanat.Az-a açıqlamasında millimizin sabiq hücumçusu Vaqif Cavadov deyib.
Son vaxtlar klubsuz qalsa da, karyerasını bitirməyən Cavadov əlavə edib:
"Hər iki komandanı yenmək lazım idi. Yəni Bakıdan qələbə ilə qayıdacaq komandalar deyildilər. Kimisə aşağılamaq istəmirəm. Amma bu gün "Keşlə"nin və "Sumqayıt"ın heyətindəki legionerlərin sıravi yerlilərdən belə, güclü olmaması acı həqiqətdi. Premyer Liqamızda cəmi 8 komanda var. Bu sayda lazımsız legioner kimə lazımdı? Əcnəbi futbolçular da olmalıdır. Ancaq hər yoldan keçəni legioner adı ilə komandaya götürürsənsə, uğursuzluqlar qaçılmazdı. Komandada komanda ruhu olmalıdı. Meydana çıxanlar həm oyuna yaxşı köklənməlidilər, həm də belə oyunlarda nə isə edə biləcək səviyyələri olmalıdı".
O, maddi sıxıntı çəkən ölkə təmsilçilərinini klubsuz qalan yerli futbolçuların xidmətindən istifadə etmək istəmədiklərinə görə qınayıb: "Özümdən danışsam, düzgün alınmaz. Ancaq bu gün kənarda qalan azərbaycanlıların yarısından çoxu avrokuboklarda "Keşlə" və "Sumqayıt"a kömək edə bilərdilər. Pulları yoxdursa, "gəl, filan müddətə qədər pulsuz oyna" deyə bilərdilər. Azərbaycan futbolu naminə mən də oynayardım, bacardığımı edərdim! Elvin Məmmədov 6 ay futbolsuz qaldı. Pulsuz oynamaq istəyirdi, "Sumqayıt"a götürmürdülər. Bıçaq sümüyə dirənənədə yada düşdü... Vaxtında götürsəydilər, daha yaxşı formada olardı. Dediyim budur ki, özümüz özümüzə dəyər verməyi öyrənməliyik. Tam ciddi deyirəm, kənarda qalan azərbaycanlılardan komanda qursalar, çempionluğa oynayarlar".
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər