Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin çıxış etdiyi "Qaziantep BB" növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, futbolçularımızın komandası "Bandırmaspor"u sınağa çəkib.
Oyun "Qaziantep BB"nin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Rəhman start heyətində yer alıb, Vaqiflə Ufuk ikinci yarıda meydana çıxıb. Cavadovun dubl etdiyi oyunda Hacıyev bir qola imza atıb.
Fanat.az