Vaqif Cavadov da qol vura bilirmiş

Vaqif Cavadov da qol vura bilirmiş

Premyer Liqanın XXXII turu Vaqif Cavadov üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, 26 yaşlı hücumçu uzun müddəli "qol orucu"nu pozub.

"İnter"lə oyunun start heyətində yer alan "Sumqayıt"ın futbolçusu 6-cı dəqiqədə rəqib qapısına yol taparaq hesabı açıb. Bu onun 730 gündən sonra Premyer Liqada vurduğu ilk qol olub. Belə ki, o, sonuncu dəfə 2013/14 mövsümündə - “İnter”də oynadığı vaxt "Sumqayıt"ın qapısına yol tapmışdı. Həmin qarşılaşma 2014-cü ilin 2 mayında baş tutmuşdu və "İnter" 2:0 hesablı qələbə qazanmışdı.

2014/15 mövsümündə Türkiyənin "Qaziantep BB" və "Boluspor" klublarında çıxış edən Cavadov cari mövsümün ilk yarısında "Qəbələ"də keçirdiyi 3 oyunda və "Sumqayıt"ın heyətində oynadığı 11 matçda qol sevinci yaşamamışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər