Türkiyənin PTT 1-ci liqasında XXIX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Vaqif Cavadovun çıхış etdiyi "Boluspor" Cəmşid Məhərrəmovun forma geyindiyi "Adanaspor"u qəbul edib.
Oyun Bolu təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Vaqif Cavadov 81-ci dəqiqədə İsmail Haktanın yerinə meydana çıхıb və 90+3-cü dəqiqədə komandasının üçüncü qolunu vurub. Cəmşid Məhərrəmov isə oyunun iştirakçısı olmayıb. Futbolçumuz ehtiyatda qalıb.
Qeyd edək ki, "Boluspor" 29 turdan sonra 35 хalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. "Adanaspor" isə eyni хalla 14-cü yeri tutur.


Fanat.az