Vaqif Cavadov açılışda avtoqraf payladı

Vaqif Cavadov açılışda avtoqraf payladı

 

Bu gün Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbin ərazisində AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançada "Məktəblərdə futbol dərsi" layihəsinin açılışı olub. Fanat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan milli komandasının və "İnter"in futbolçusu Vaqif Cavadov iştirak edib.

Məktəbin direktoru Lütfiyyə Qasımova çıxış edərək iştirakçıları salamlayıb. Ardından Lütfiyyə xanım və Cavadov topa ilk toxunuş ediblər. Vaqif şagirdlərə avtoqraf verməyi də unutmayıb.

 

Qeyd edək ki, 136 saylı orta məktəbdə bu layihə 410 şagirdi əhatə edəcək.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər