Van Hoydonkun oğlu İtaliya A Seriyasında

Van Hoydonkun oğlu İtaliya A Seriyasında
İtaliyanın "Bolonya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 
Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisi Niderland millisinin sabiq hücumçusu Pyer Van Hoydonkun oğlu Sidney Van Hoydonku transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
 
İtaliya təmsilçisi Sidneyi Niderlandın "NAC Breda” klubundan transfer edib. O, geridə qalan mövsümdə bu komandanın heyətində 11 qola imza atıb. Gənc forvard 2018-ci ildən bu klubun əsas komandasında forma geyinirdi.
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər