Van de Bek yeni baş məşqçini gözləyir

Van de Bek yeni baş məşqçini gözləyir

"Mançester Yunayted"in yarımmüdafiəçisi, hazırda icarə əsasında "Everton"da çıxış edən Donni van de Bek "qırmızı şeytanlar"ın yeni baş məşqçiyə tapşırılmasını gözləyir.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən yayıb.

Mənbə futbolçunun həmyerlisi Erik ten Haqın komandanın "sükanı arxası"na gətirilməsini arzuladığını vurğulayıb. Xəbərə görə, van de Bek yalnız bundan sonra MY-dəki gələcyi ilə bağlı yekun qərarını verəcək.

Sözügedən yarımmüdafiəçi Mançester təmsilçisinə 2020-ci ildə "Ayaks"dan transfer olunub. "Manikunyanlar"a 39 milyon avroya başa gələn Donninin klubuyla olan müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. O, cari mövsümün sonunadək icarə əsasında "Everton"da top qovacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər