Kataloniya Statistika İnstitutu sözügedən bölgədə yeni doğulan körpələr arasında hansı adların populyar olduğunu araşdırıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 2019-cu ildə Kataloniyada 500 uşağa Leo adı verilib. Bu, dünyaya gələn bütün oğlan uşaqlarının 8,22%-i deməkdi. 2010-cu ildə 136, 2017-ci ildə isə 433 uşağa Leo adı qoyulub.
Artım birbaşa "Barselona"nın ulduzu Lionel Messinin populyarlığı ilə bağlıdı.
Qeyd edək ki, bölgədə ən çox qoyulan oğlan adı Markdı.
Fanat.Az