"Valensiya"nın üç azarkeşi həbs edildi - "Real"ın ulduzuna görə

"Valensiya"nın üç azarkeşi həbs edildi - "Real"ın ulduzuna görə

Bu gün, iyunun 10-da İspaniya çempionatının oyununda irqçi təhqirlərə görə ilk hökm çıxarılıb.

Fanat.Az xəbər verir ki, məhkəmə 2023-cü ilin mayında La Liqanın 35-ci turunun “Valensiya” ilə oyununda (0:1) “Real”ın hücumçusu Vinisius Juniorun ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün “Valensiya”nın üç azarkeşini 8 ay müddətinə həbs edib.

İnformasiyanı "Diario AS" yayıb. 

Azarkeşlər ağırlaşdırılmış irqi ayrı-seçkilikdə təqsirli biliniblər. Onlara həmçinin, iki il müddətinə stadionlara giriş qadağan ediləcək və bütün məhkəmə xərclərini ödəməli olacaqlar.

Bu hadisə ilə əlaqədar İspaniya Kral Futbol İttifaqı tərəfindən "Valensiya"ya 45 min avro cərimə kəsilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər