Valdesin yeni klubu məlum oldu

Valdesin yeni klubu məlum oldu
"Liverpul", "Arsenal" və "Anji" kimi klubların transfer siyahısında olan "Barselona"nın qapıçısı Viktor Valdesin yeni klubu bəlli olub.

İdman24.az-ın məlumatına görə, SKY İtalia kanalının verdiyi son dəqiqə xəbərində Valdesin transfer məsələsi ilə bağlı son qərarını verdiyi bildirilib. Bir neçə gün öncə Fransanın "Monako" klubu ilə danışıqlara qatılan Valdes dünən fransız nümayəndələrilə yenidən görüşüb və təklifi qəbul edib. İtalyan mətbuatının yazdığına görə, "Monako"nun növbəti hədəfi "Mançester Siti"dən ayrılan Roberto Mançini olacaq. İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər