Vadji Fransada rekorda imza atdı

Vadji Fransada rekorda imza atdı

Həftəsonu Fransa Liqa 2-də 30-cu tur çərçivəsində "Paris"in qapısına yol tapan sabiq "Qarabağ"lı İbrahima Vadji mövsümün ilkinə imza atıb.

Fanat.Az liqanın rəsmi saytına istinadən xəbər verir ki, "Sent Etyen"in seneqallı forvardı 4:2 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qolla rekord müəyyənləşdirib.  

Vadji mövsümün ən sürətli qolunu vurub. O, 22-ci saniyədə rəqib torunu silkələyib. Bundan əvvəlki 24 saniyəlik göstərici "Valensyenn"in futbolçusu Adrian Qrbiçə məxsus idi.  Sabiq "Qarabağ"lı forvard bu göstərici ilə Liqa 2 tarixində ilk "4-lüy"ə daxil olub. Fransanın aşağı liqasında ən sürətli qol 2017-ci ildə 13-cü saniyədə qeydə alınıb.

Qeyd edək ki, ötən yayda "Qarabağ"dan ayrılaraq Fransa klubuna keçən İbrahima Vadji "Sent Atyen"də artıq 9 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər