"Vacib qələbə oldu" - Rəşad Sadıqov

"Vacib qələbə oldu" - Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasının XXIV turunda "Zirə" səfərdə "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında qələbəni belə şərh edib: 

"Maraqlı oyun keçdi. Bizi çətin səfərin gözlədiyini bildirdik. Qarşımızda son matçlarda yaxşı performans göstərən "Turan Tovuz" var idi. Tovuzda oynamaq həmişə çətindir. İlk hissə istədiyimiz kimi keçdi. Bilirdik ki, rəqib ikinci hissədə irəli atılacaq, təslim olmayacaq. Fasilədən sonra daha çox əks-hücumlara bel bağlamalı olduq. Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Çox yaxşı və vacib qələbə oldu".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər