Uğur "Xəzər Lənkəran"a qayıtmaq istəmir

Uğur "Xəzər Lənkəran"a qayıtmaq istəmir
Ötən qış "Sumqayıt"dan "Xəzər Lənkəran"a böyük ümidlərlə transfer olunan Uğur Pamuk 10 Premyer Liqa, 5 kubok matçında meydana çıxaraq 3 qol vurmağı bacarmışdı. Lakin cari mövsümdə o, istənilən səviyyədə oyun sərgiləyə bilmədi. Bunun nəticəsidi ki, futbolçu ilk yarıda "Xəzər Lənkəran" forması ilə 3 oyunda meydana çıxaraq cəmi 5 dəqiqə oynaya bildi.
Nə Con Toşakın, nə də Mustafa Dənizlinin şans vermədiyi Uğur qışda "Sumqayıt"a icarəyə verildi. Sabiq komandasında yenidən parlamağa başlayan Pamuk artıq 13 oyunda 1061 dəqiqə oynayıb və 2 qola imza atıb.
Uğurun "Sumqayıt"la icarə müqaviləsi yayda başa çatacaq. Bu isə o deməkdi ki, futbolçu "Xəzər Lənkəran"a dönməlidi. Lakin Pamuk geri qayıtmaq istəmir. Fanat.az xəbər verir ki, "Sumqayıt"da işlərinin daha yaxşı getdiyini görən və heyətə düşmək şansının çox olduğunu düşünən hücumçu bu komandada qalmaq istəyir. Amma hər şey "Xəzər Lənkəran"dan aslı olacaq. Cənub klubu qayıdışa qərar versə, Uğur məcburən geri dönməli olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər