"Barselona"nın və Fransa millisinin hücumçusu Usman Dembele əməliyyat keçirəcək.
Fanat.Az xəbər verir ki, sağ dizində zədəsi olan futbolçu 28 iyunda əməliyyat masasına uzanacaq.
Məlumatı Kataloniya təmsilçisinin rəsmi saytı yayıb.
24 yaşlı forvard AVRO-2020-nin qrup oyunları çərçivəsində Fransa millisinin Macarıstanla oyununda (1:1) zədələnib.
Aygün