Nüfuzlu "L'Équipe" nəşri Fransada 2025-ci ilin ən yaxşı idmançılarının reytinqini təqdim edib.
Fanat.Az xəbər verir ki, 1-ci pillədə "Qızıl top" mükafatının son qalibi, PSJ-nin vingeri Usman Dembele mövqe tutub.
Fransada 2025-ci ilin ən yaxşı idmançılarının reytinqi:
1. Usman Dembele (futbol), 803 xal; 2. Leon Marşan (üzgüçülük), 661 xal; 3. Çarli Dalin (yelkən idmanı), 380 xal; 4. Cimmi Qressye (yüngül atletika), 369 xal; 5. Maksim Qrusse (üzgüçülük), 232 xal; 6. Lui Byel-Biarri (reqbi), 215 xal; 7. Tomas Ramos (reqbi), 83 xal; 8. Sebastyen Ojye (ralli), 82 xal; 9. Dezire Due (futbol), 71 xal; 10. Joan-Benjamen Qaba (cüdo), 68 xal.