"Barselona"nın hücumçusu Usman Dembele məşqlərə başlayıb.
Fanat.Az xəbər verir ki, futbolçunun komandanın son çalışmalarındakı fotosu Kataloniya klubunun saytında görüntülənib.
4 ay məcburi istirahətdən sonra sıraya dönən futbolçunun "Alaves"lə çempionat matçında komandasına kömək etmək ehtimalı yüksəkdir.
Xatırladaq ki, sağ omba əzələsindən ciddi xəsarət alan Dembele iyulda əməliyyat edilmişdi.
Nihat