Usim Ndukanın yeni klubu rəsmən müəyyənləşdi

Usim Ndukanın yeni klubu rəsmən müəyyənləşdi

Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, Zaqatala klubu daha bir futbolçu ilə müqavilə imzalayıb. 

Usim Nduka "Simurq"la il yarımlıq müqaviləyə qol çəkib. Milli komandamızın sabiq üzvü növbəti mövsümün sonuna qədər "sarı-qaralar"ın uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, yayda Türkiyənin "Tavşanlı Linyitspor" klubuna keçən Nduka qardaş ölkədə 15 oyun keçirib. Usim 2004-cü ildə ölkəmizə gəlib və 2013-ədək AZAL-ın formasını geyinib (208 oyun, 5 qol). 2007-ci ildə milliləşdirilən nigeriyalı müdafiəçi yığmamızda 10 oyun keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər