Braziliyada təşkil olunan dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə daha iki qrupda mübarizəyə yekun vurulub.
Bakı vaxtı ilə saat 21.00-da D qrupunun oyunlarına start veriləcək. İtaliya Uruqvayı, Kosta Rika İngiltərəni sınağa çəkəcək. İlk iki turda qələbə qazanan Kosta Rika 1/8 finala vəsiqəni təmin etmişdi. Digər vəsiqənin taleyinə isə İtaliya - Uruqvay matçında aydınlın gələcəkdi. İngiltərə üçün son oyun formal xarakter daşıyırdı.
İki oyunda qapılara cəmi bir qol vurulub. Uruqvay İtaliyanı 1:0 hesabı ilə yenərək 1/8 finala vəsiqə qazanıblar. 59-cu dəqiqədə Klaudio Marçisio qırmızı vərəqə aldığından italyanlar oyunu azlıqda bitirib. Kosta Rika - İngiltərə oyunu isə 0:0 hesabı ilə bitib.
Qeyd edək ki, indiyədək Braziliya, Meksika (A qrupu), Hollandiya, Çili (B qrupu), Kolumbiya (C qrupu), Kosta Rika (D qrupu), Argentina (F qrupu) və Belçika (H qrupu) 1/8 finala vəsiqə qazanıb.
| 1 | Kosta Rika | 3 | 2 | 1 | 0 | 4:1 | 7 |
| 2 | Uruqvay | 3 | 2 | 0 | 1 | 4:4 | 6 |
| 3 | İtaliya | 3 | 1 | 0 | 2 | 2:3 | 3 |
| 4 | İngiltərə | 3 | 0 | 1 | 2 | 2:4 | 1 |
Fanat.az