Uruqvay millisinin müdafiəçisi Martin Kaseres "Fiorentina"nı tərk edib.
Fanat.Az Florensiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun müddəti iyunun 30-da başa çatan müqaviləsi yenilənməyib.
Daha öncə "Yuventus", "Latsio", "Verona", "Sauthempton", "Sevilya" və "Barselona" kimi Avropa klublarında da top qovmuş Kaseres 2019-cu ildən "Fiorentina"da idi.
Hazırda sözügedən oyunçu Uruqvay millisinin heyətində Amerika Kuboku - 2021-də iştirak edir. Martinin komandası qrup mərhələsini uğurla başa vurub və yarışın 1/4 finalında Kolumbiya yığması ilə qarşılaşacaq.
Atilla