Uruqvay millisindən “Sevilya”ya

Uruqvay millisindən “Sevilya”ya

İspaniyanın “Sevilya” klubunda yeni baş məşqçi təyinatı reallaşıb.

Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi Dieqo Alonso ilə anlaşıb.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 48 yaşlı uruqvaylı mütəxəssislə bağlanan müqavilənin müddəti 2023/24 mövsümünün sonuna kimidir.

Alonso son olaraq Uruqvay millisini çalışdırıb. Bundan başqa, o, “İnter Mayami”, “Monterrey”, “Paçuka”, “Olimpiya”, “Penyarol”, “Quarani” klublarına da rəhbərlik edib.

“Seviliya" 8 oyundan sonra turnir cədvəlində 8 xalla 14-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər